Bazar, Sentyabr 26, 2021
Bazar, Sentyabr 26, 2021

JOURNAL of “HISTORY of SCIENCE”
p-ISSN 2710-8432
e-ISSN 2710-9960

Nəşrə dair tələblər

“HISTORY OF SCIENCE” jurnalına göndərilən məqalələrə dair tələblər və qaydalar:
 Jurnal fəlsəfə, əxlaq, sosiologiya, psixologiya, tarix, kulturo­lo­gi­­ya, mədəniyyətşünaslıq, pedaqoqika, təhsil, siyasət, din, düşüncə tarixi, hüquq, dil və ədəbiyyat kimi müxtəlif sahələrdə orijinal tədqiqat layihələlərinin nəticələri üzə­ri­nə fokuslanan humanitar və bəşəri elmlərlə əlaqədar bir elmi məcmuədir. Jur­na­lın məqsədi, Azərbaycanda, eləcə də Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa və Or­ta və yaxın şərq­də fəaliyyət göstərən bütün alimlərin səylərini, eləcə də ümumiyyətlə so­si­al təd­qiqatlar, incəsənət və bəşəri elm sahələrindəki tədqiqatları bir yerə cəm­lə­mək­dir. Nəşrə dair tələblər:

-Müəllifin məqalədə elm adamları və akademik şəxsləri bənzərsiz olaraq tanımlayan “Orcid” və ya “ResearcherID” kodunu göstərməsi tövsiyyə olunur.

-Məqalə digər nəşrlərə təqdim edilməmiş, orijinal olmalıdır.

-Məqalə azərbaycan, türk, ingilis, rus, ərəb və fars dillərində təqdim oluna bilər.

-Məqalənin əvvəlində məqalənin adından sonra müəllifin adı, elmi ünvanı, işlədiyi elmi təşkilat və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

-Bütün məqalələrin orijinal dilindən asılı olmayaraq mütləq üç (Az, Rus, İngilis) dildə xülasə və açar sözlər, sturuktur etibarilə isə giriş, alt başlıq və ya başlıqlardan, nəticə və ədəbiyyat siyahısından ibarət olmalıdır.

-Məqalələrin əvvəlinə məqalənin orijinal dilində 150-200 sözdən ibarət xülasə və 5-10 açar sözlər əlavə edilməlidir. Xülasə məqalənin məzmununa uyğun olmalı, müəllifin gəldiyi elmi nəticə, işin yeniliyi, əhəmiyyəti və hipotezlər yığcam şəkildə qeyd olunmalıdır.

-Məqalə minimum 10 səhifə və maksimum 25 səhifə olmalıdır. 1 səhifə 250 sözdən ibarətdir.

-Məqalənin mətni jurnalın redaksiyasına A4 formatda, “Times new roman” şriftində “12” ölçülü hərflərlə yazılaraq elektron variantda redaksiyaya təqdim edilir. Jurnalın elektron ünvanı: historyofsciencejournal@gmail.com.

-Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, rum rəqəmləri ilə ardıcıl nömrələnməli, müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir. Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələnməli, “Cədvəl” və ya “Şəkil” sözü də yazılmamalıdır. Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Excel, Adobe Illustrator, Potoshop və CorelDRAW proqramlarından birində təqdim edilməlidir. Bundan əlavə məqalədə cədvəl, şəkil, rəsm, qrafik və buna bənzər şeylər jurnalın səhifəsinə sığdırılması və oxucuların daha rahat bir şəkildə istifadə etmələri məqsədi ilə 10×17 sm-lik sahəni keçməməlidir.

-Məqalələrin oxucular üçün aydın şəkildə təqdim olunması və məqsədinin olması vacibdir.

-Jurnalda konfrans, kitab, yubiley və s. kimi məlumatlandırıcı materiallar da “Məlumat” başlığı altında nəşr edilə bilər.

-Jurnaldakı materiallardan istifadə edərkən  jurnala istinad etmək zəruridir.

-Jurnalda dərc olunan yazılar, yalnız müəlliflərin mövqeyini əks etdirir.

-Bütün məqalələr plagiat ola biləcəyi ethimalına görə nəzərdən keçirilir. Plagiat hallarına rast gəldikdə və məqalələr təsdiqləndikdə nəşr üçün dərhal rədd edilir, müəllifinin adı isə  jurnalının sonrakı nəşrlərində qara siyahıya daxil edilir.

-Məqalələr jurnalın elektron səhifəsində tam mətn kimi pdf formatında yerləşdirilir.

-Ədəbiyyat siyahısı APA sisteminə müvafiq olaraq – müəlliflərin soy adlarını nəzərə alaraq əlifba sırasına görə qeyd olunmalıdır.

-Məqalə qəbul edildikdən sonra, ödəniş olunmalıdır.

Ödənişin miqdarı
– Məqalə səhifə ilə hesablanır.
– Hər səhifə 250 sözdən ibarətdir. (Bunu microsoft office proqramının özü hesablayır.)
– Hər bir səhifəyə 10 azn məbləğində ödəniş edilir.
– Qeyd edilir ki, hal-hazırda məqalə qəbulu ödənişsizdir.

Son məqalələr

Əlaqəli məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Gündəlik olaraq xəbərlərimizi öyrənmək üçün abunə olun