Bazar, Sentyabr 26, 2021
Bazar, Sentyabr 26, 2021

JOURNAL of “HISTORY of SCIENCE”
p-ISSN 2710-8432
e-ISSN 2710-9960

Nəşr etikası

“HISTORY OF SCIENCE” jurnalının nəşri prosesinin təməlində məlumatın obyektiv və konkret şəkildə yayılması durur. Nəticə etibarilə bu da tədqiqat sisteminin keyfiyyətinin artmasına gətirib çıxarır.

Bu mərhələdə nəşr prosesinə cəlb edilən bütün tərəflərin (müəlliflər, oxucular, tədqiqatçılar, naşirlər, rəyçilər və redaktorlar) etik normalara riayət etmələri vacibdir. “HISTORY OF SCIENCE” jurnalı bütün tərəflərdən etik qaydalara əməl etməyi gözləyir.

Məqalələrini “HISTORY OF SCIENCE” jurnalına təqdim edən müəlliflər aşağıdakı etik qaydalara riayət etməlidirlər:

–  Müəlliflər orijinal tədqiqatları jurnala təqdim etməlidirlər. Əgər digər tədqiqat materiallarından istifadə edərlərsə, bu zaman mətndaxili və mətnin sonundakı istinadları etirablı və tam şəkildə etməlidirlər.

– Tədqiqatda intellektual şəkildə iştirak etməyən şəxslər müəllif kimi qəbul edilməməlidirlər. Nəşrə təqdim olunan məqalələr maraqların yaxud münasibətlərin toqquşmasına səbəb olmamalıdır.

– Müəlliflər iştirakçıların razılığını aldıqlarını sənədləşdirməlidirlər. İstifadə olunan sənədlərin yayımlanması və təhlili ilə əlaqəli zəruri icazələri olmalıdır.

–  Müəlliflər redaktorlarla əməkdaşlıq etmək və nəşrəqədərki prosesdə tədqiqatlarında səhv aşkar etdiyi jurnal redaktorlarını və naşirləri xəbərdar etmək üçün məsuliyyət daşıyırlar.

Başqa jurnalda, konfrans toplusunda, məcmuədə dərc edilmiş məqalə “HISTORY OF SCIENCE” jurnalına təqdim oluna bilməz.

– Baxış zamanı təqdim olunmuş araşdırmaya müəllif adının əlavə edilməsi yaxud dəyişdirilməsi  etik hesab edilmir.

Son məqalələr

Əlaqəli məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Gündəlik olaraq xəbərlərimizi öyrənmək üçün abunə olun